Aprelin 1-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Aktau şəhərində prokurorluğun koordinasiyası ilə yerli sakini terror aktı hazırlamaqda şübhəli bilinərək həbs ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CaspianLife" məlumat yayıb. 

Məlumata görə, sonuncunun yaşadığı ünvana baxış zamanı zərərli elementləri olan partlayıcı qurğunun hazırlanması üçün komponentlər və digər maddi sübutlar götürülüb. 

Qeyd edilib ki, saxlanılan şəxs radikal dini ideologiyanın davamçısıdır və əvvəllər qətl törətməkdə təqsirli bilinib.