Qax rayonunun orta məktəblərindən biri təhsil müəssisəsində koronavirus infeksiyasının aşkarlanması səbəbindən distant təhsilə keçib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər Etibar Babayev adına 4 saylı tam orta məktəbin müəllimində COVID-19 aşkarlanıb.

Bu səbəbdən martın 15-dən məktəbdə 14 gün müddətinə distant təhsilə keçirilib.