"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağa Laçın dəhlizi və Ağdam yolu ilə humanitar yardımı çatdırıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

“Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərilib. Biz çox şadıq ki, qərar verənlər konsensusa gəliblər. Ümid edirik ki, bu humanitar konsensus insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq", - deyə o, bildirib.

 

Gözəl Həşimova