İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan İqtisadiyyat.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 12 piyada əleyhinə mina, 129 tank əleyhinə mina, 317 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 527, 6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.