"İsrail tədricən Qəzza zolağının şimalında hərbi əməliyyatın məqsədlərinin reallaşdırılmasına yaxınlaşır, İsrail Müdafiə Qüvvələri (IDF) artıq Xan Yunisdə və anklavın cənubunda fəaliyyət göstərir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant IDF Baş Qərargahının, Baş Təhlükəsizlik və Kəşfiyyat Xidməti Mossad-ın rəhbərliyi ilə görüşü zamanı bildirib.

"Qəzza zolağının şimalında əməliyyat tədricən öz məqsədlərinin həyata keçirilməsinə yaxınlaşır: HƏMAS batalyonlarını məğlub etmək və təşkilatın yeraltı infrastrukturunu (tunellər və qərargah - red.) ləğv etməyə yaxınıq. Xan Yunis bölgəsində və Qəzza zolağının cənubunda fəaliyyət göstəririk və gələcəkdə sektorda başqa yerlərdə də fəaliyyət göstərəcəyik", - qəzet Qalantın sözlərindən sitat gətirib.