"Qəzza zolağında indiki intensivlikdə olan münaqişə ən azı iki ay davam edəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant ABC televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrail bir neçə ay ərzində anklavda təmizləmə əməliyyatları keçirəcək və terrorçuların müqavimətini aradan qaldıracaq: "HƏMAS-la mübarizənin yeganə yolu güc tətbiq etməkdir. HƏMAS-ın iki yolu var: tunellərdə ölmək, ya da heç bir şərt olmadan təslim olmaq".

Nazir əlavə edib ki, İsrailin bu münaqişədə əsas məqsədi HƏMAS-ın artıq İsrailə mütəşəkkil hücumlar həyata keçirə biləcək hərbi təşkilat kimi fəaliyyət göstərməməsini təmin etməkdir.