Radikallar tərəfindən saxlanılan bütün girovlar azad edilənə və HƏMAS anklavda hakim hərbi qüvvə kimi ləğv edilənə qədər İsrailin Qəzza zolağında əməliyyatları dayandırmağa "mənəvi haqqı" yoxdur. 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant Tel-Əvivdəki departament kompleksində amerikalı konqresmen Riçi Torresi qəbul edərkən deyib.

Qallant Torresə deyib ki, İsrail ABŞ-nin sarsılmaz dəstəyini yüksək qiymətləndirir. Nazir həmçinin İsrail ilə ABŞ arasında möhkəm əlaqələrin təmin edilməsinin vacibliyini vurğulayaraq, müdafiə sahəsində əməkdaşlığa xüsusi diqqət yetirdiyini və Vaşinqtonun müharibədə məqsədlərinə çatmaq səylərində İsraili dəstəkləməsini yüksək qiymətləndirib.

Bundan əlavə, Qallant indiki dövrdə ABŞ-nin regionda liderliyinin vacibliyini qeyd edib.