Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail hərbçiləri HƏMAS hərəkatının silahlı tərəfdarlarının ümumi sayının dörddə birini məhv edib, dörddə biri isə yaralanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

O, Qəzza zolağı ilə sərhəddə ordunun ehtiyatda olan əsgərləri ilə görüşündə qeyd edib: "Biz artıq HƏMAS terrorçularının ən azı dörddə birini öldürmüşük və eyni sayda yaralı var".