“Dünya ölkələrində qadın sahibkarlığın dəstəklənməsi üçün işlər həyata keçirilir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, qanunvericilikdə reallıq nəzərə alınmalıdır: “Azərbaycanda qadın sahibkarlığı kişi sahibkarlığından geridə qalır. Beynəlxalq təşkilatlar da bununla bağlı çıxışlar edir. Qadınların maliyyə imkanları ilə kişilərin maliyyə imkanları eyni deyil. İlkin kapitala çıxış baxımından işlər görülməlidir. Bununla bağlı biz də artıq qanunvericiliyə dəyişikliklər etməliyik. Xüsusilə qadın sahibkarlara müəyyən güzəştlər qanunvericiliyə salınmalıdır”.