"Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əlaqə saxlamağa davam edəcəklər. Lakin iki liderin növbəti görüşü üçün dəqiq tarix yoxdur, lazım gələrsə, onlar dərhal görüşə bilərlər".

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumu çərçivəsində "RBC"ya müsahibəsində bildirib.

"Bilirsiniz ki, liderlər çox tez-tez telefonla danışırlar və onların səfərləri kifayət qədər tez razılaşdırılır. Ona görə də indi görüş üçün dəqiq tarix yoxdur”, - Peskov vurğulayıb.

 

Gözəl Həşimova