Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ukrayna və taxıl müqaviləsini müzakirə edə bilər.

Bu barədə İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, hazırda Qara dəniz taxıl təşəbbüsü dayandırılıb və fəaliyyət göstərmir. Buna görə də Türkiyə lideri Putinlə müqavilənin yenilənməsi imkanlarını müzakirə etmək istəyir.

Hazırda diplomatik kanallar vasitəsilə mümkün səfərin razılaşdırıldığı qeyd edilir.

 

Gözəl Həşimova