"Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqların tezliklə başa çatacağını gözləyirik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva və Ankara yaxın vaxtlarda Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı razılığa gələ bilər:

"Biz qaz qovşağının yaradılması ilə bağlı danışıqlarda irəliləyiş əldə etmişik. Ümid edirəm ki, bölgədəki enerji vəziyyətini daha sabit və balanslı etmək üçün Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqlar tezliklə başa çatacaq. Və hesab edirəm ki, bu, faydalı olacaq".

 

Gözəl Həşimova