Rusiya prezidenti Vladimir Putin Rusiyanın 2030-cu ilə qədər dünyanın dörd ən böyük iqtisadiyyatından birinə çevrilməsini təmin etməyi tapşırıb.

İqtisadiyyat.az xəbər verir ki, onun tapşırıqlarının siyahısı Kremlin saytında dərc olunub.

"2030-cu ilə qədər Rusiya Federasiyası alıcılıq qabiliyyəti pariteti ilə hesablanmış ümumi daxili məhsulun həcminə görə dünyanın dörd ən böyük iqtisadiyyatından birinə çevrilsin. Hökumət 2025-ci il martın 31-nə qədər onun gedişi barədə dövlət başçısına hesabat verməlidir", - məlumatda bildirilir. 

Prezident həmçinin hökumətə 2030-cu ilə qədər Rusiya əhalisinin yoxsulluğunun 7%-dən, çoxuşaqlı ailələrin yoxsulluğunun isə 12%-dən aşağı salınmasını təmin etməyi tapşırıb. Putin həmçinin 2023-cü ilə qədər idxalın ÜDM-də payının 17%-ə endirilməsini, qeyri-resurs və qeyri-enerji ixracının isə ən azı üçdə iki artırılmasını tələb edib.

2024-cü ilin fevral ayının sonunda Federal Məclisə müraciətini elan edərkən Putin bildirib ki, 2023-cü ildə Rusiya iqtisadiyyatı yaxşı inkişaf nümayiş etdirib və bunun sayəsində ölkə dünyanın dörd ən böyük iqtisadiyyatından birinə çevrilə bilər. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı ümumi daxili məhsulla alıcılıq qabiliyyəti paritetinə görə Avropada ən böyükdür və dünyada beşincidir.

O qeyd edib ki, iqtisadi baxımdan onlar təkcə Avropa İttifaqının aparıcı ölkələrini deyil, həm də G7 adlanan bütün dövlətləri üstələyib. Putin əlavə edib ki, son onilliklər ərzində inkişaf etmiş əsas təhlükəsizlik marjası bunda böyük rol oynayıb.