Rusiya prezidenti Vladimir Putin bu il Hindistanda keçiriləcək G20 Liderlər Sammitində iştirak edə bilməyəcək.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Putin G20 Sammitində iştirak edə bilməyəcəyini və onun yerinə sammitdə xarici işlər naziri Sergey Lavrovun iştirak edəcəyini açıqlayıb.

Rusiya rəhbərliyindən verilən açıqlamada Putinin G20 Liderlər Zirvəsinə qatılmamasının səbəbi açıqlanmayıb. Hindistan rəhbərliyindən verilən açıqlamada isə Hindistanın Baş naziri Narendra Modinin Putinin sammitə qatılmamaq qərarını anladığı qeyd edilib.

Bəyanatda deyilir ki, iki lider “ortaq regional və qlobal məsələləri” müzakirə ediblər.

Qeyd edək ki, Hindistanın ev sahibliyi ilə keçiriləcək G20 Liderlər Zirvəsi 9-10 sentyabr tarixlərində keçiriləcək.

Gülşən Şərif