Rusiya prezidenti Vladimir Putin ABŞ-ı bütün dünyanı öz toruna çəkmək istəyən hörümçəklə müqayisə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı Dağıstandakı vəziyyətlə bağlı görüşdə qeyd edib.

"Eyni zamanda, Vaşinqton Ukraynada aldatdığı insanlardan öz məqsədlərinə çatmaq üçün istifadə edir", - Putin bildirib. 

"Şərin kökünün harada olduğunu, bütün planeti, bütün dünyanı öz toruna bürüməyə çalışan və döyüş meydanında strateji məğlubiyyətimizə nail olmaq istəyən bu hörümçəyin xalqdan harada istifadə etdiyini bilməli və anlamalıyıq”, - Putin əlavə edib.

O, həmçinin vurğulayıb ki, ABŞ-dəki hakim elita və onların peykləri Ukrayna, Yaxın Şərq və digər regionlardakı münaqişələrdən faydalanır.