Rusiya Baş Prokurorluğu Alla Puqaçovanın xarici agent kimi tanınması ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib.

İqtisadiyyat.az "Arqumenti i fakti"yə istinadən xəbər verir ki, bu barədə antikorrupsiya idarəsinin rəhbəri Vitali Borodin məlumat verib.

Borodin qeyd edib ki, hazırda şöbə müğənninin işi ilə bağlı yoxlamalar aparır. O, sənətçinin xarici agent kimi tanınması ilə bağlı müraciətinə Baş Prokurorluğun rəsmi cavabını dərc edib. Sənəddə şikayətin müəyyən olunmuş qaydada araşdırılacağı bildirilir. 

"Hazırda Puqaçova yoxlanılır", - deyə o vurğulayıb.