Avqustun 23-də Rusiyanın Tver vilayətində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Yevgeni Priqojinin dəfn mərasimi baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, "Vaqner" hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin Sankt-Peterburq qəbiristanlıqlarının birində dəfn olunub.

Bu barədə Priqojinə aid “Konkord” şirkətindən verilən açıqlamada bildirilib: "Priqojinin dəfn mərasimi qapalı şəkildə həyata keçirilib. Onunla vidalaşmaq istəyənlər Porohovskoye qəbiristanlığını ziyarət edə bilərlər".