Portuqaliyanın TAP Air Portugal aviaşirkətinin əməkdaşları 2 günlük tətilə başlayıblar.


İqtisadiyyat.az xəbər verir ki, TAP Air Portugal işçilərinin bağlı olduğu SNPVAC birliyinin verdiyi açıqlamaya görə, bu gün 360, sabah isə 500 uçuş ləğv ediləcək və ümumilikdə 50 min sərnişini əhatə edəcək tətil şirkətə 8 milyon avroya başa gələcək.

Kabin heyətlərinin tətili yanvarın 31-nə qədər uzatmağı planlaşdırdıqları da açıqlanıb.

Yeni kollektiv danışıqların aparıldığı TAP Air Portugal-da şirkət maaşların azaldılması və çevik iş saatları təklif edir, həmkarlar ittifaqı isə mövcud kollektiv müqavilənin gələcək danışıqlar üçün əsas olmasını istəyir, çünki şirkətin yaxın vaxtlarda özəlləşdirilməsi gözlənilir.

Hal-hazırda dövlətə məxsus olan TAP Air Portugal-ın Lufthansa və ya Air France-KLM-ə satılması planlaşdırılır.

Portuqaliyanın digər strateji sektoru olan limanlar keçən həftə tətilə çıxıb və Lissabon və Porto kimi mühüm limanlarda problemlər yaşanıb.