Polşanın xarici işlər naziri Radoslav Sikorski macar həmkarı Peter Szijarto ilə telefon danışıb və tərəflər Ukraynanı müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi "X"də paylaşım edib.

"Bu gün Polşanın xarici işlər naziri Radoslav Sikorski macar həmkarı Peter Szijarto ilə telefonla danışıb. Söhbət Ukrayna ilə bağlı məsələlərə, Vışeqrad qrupunun perspektivlərinə, eləcə də miqrasiya məsələlərinə həsr olunub", - məlumatda deyilir.