Polşalıların təxminən 94 faizi Rusiyanı ciddi təhlükə hesab edir və ona qarşı hərbi əməliyyatlara hazır olduqlarını bildirirlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatlar Pentaqonun gündəlik “Stars and Stripes” qəzetində qeyd olunub.

Qəzetdəki məlumatlara görə Polşanın Müdafiə Nazirliyinin sıravi vətəndaşların da cəlb olunduğu “Ordu ilə qatar” adlı təlimləri keçirilir. Təlimdə müxtəlif peşələrin nümayəndələri iştirak edirlər.

Artıq oktyabr və noyabr aylarında 18 yaşdan 65 yaşa qədər 3500-dən çox Polşa vətəndaşı kurslarda iştirak edib.

Məhəbbət Məmmədov