Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının Qarabağda ermənilərin təhlükəsizliyini lazımi şəkildə təmin edə bilməyəcəyi ilə bağlı vətəndaşlara müraciətinə münasibət bildirib.

İqtisadiyyat.az bu barədə rus mediasına istinadən məlumat verir:

“Ermənistan bizim müttəfiqimiz, bizə yaxın dövlət olaraq qalır. Ermənilər bizə yaxın xalqdır, bilirsiniz ki, bizdə bütün Ermənistandan daha çox erməni yaşayır. Daha böyük. Biz öz funksiyalarımızı yerinə yetirməyə davam edəcəyik, erməni tərəfi ilə, Paşinyanla dialoqu davam etdirəcəyik”.

Xatırladaq ki, sentyabrın 24-də Nikol Paşinyan Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsindən sonra Ermənistan vətəndaşlarına müraciət edib.