Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“Biz GECF-nin baş katibi Mohamed Hamel ilə qlobal qaz sənayesindəki tendensiyalar və Forumla əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Baş katib BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməkdə Azərbaycana dəstəyini ifadə edib və GECF pavilyonunu təşkil etmək niyyətindən danışıb”, - paylaşımda qeydilib.