Ukraynalı pilotların ABŞ-də F-16 qırıcılarını idarə etmək üçün təlimi 5 aydan 9 aya qədər çəkəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder deyib.

"Təlimlərin tamamlanmasının vaxtının pilotların özlərinin fərdi bacarıqlarından asılı olacağını təxmin edirik. Amma güman edə bilərik ki, təlimi başa çatdırmaq üçün onlara beş-doqquz ay lazım olacaq", - o bildirib.