"Rusiya gələcəkdə NATO-ya meydan oxuya bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Mən şübhə etmirəm ki, gec-tez Rusiya NATO-ya meydan oxuya biləcək və biz bir-birimizə atəş açacağımız vəziyyətə düşəcəyik", - ABŞ müdafiə naziri qeyd edib.

Ostin onu da vurğulayıb ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı uğurlu olarsa, bu, qonşu ölkələrin, xüsusən də Baltikyanı ölkələrin təhlükəsizliyini təhlükə altına atacaq.