ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin ABŞ Konqresi üzvlərinin, Müdafiə Nazirliyi rəsmilərinin və hərbçilərin İsrailə rəsmi səfərlərini məhdudlaşdıran bildiriş imzalayıb.

Bu barədə İqtisadiyyat.az "CNN"ə istinadən xəbər verir.

Bildirilib ki, Konqresin İsrailə səfəri üçün Müdafiə Departamentinə heç bir dəstək verilməyəcək. Qeyd edilib ki, Yaxın Şərqdəki vəziyyət hazırda inanılmaz dərəcədə təhlükəlidir. Qəbul edilən sənəd hərbi turizminin də qarşısını alacaq.

Əlavə edək ki, yüksək rütbəli hərbi rəhbərlərin İsrailə səfərləri ABŞ müdafiə naziri tərəfindən şəxsən təsdiqlənməlidir.

 

Gözəl Həşimova