Pentaqon Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiyanı əhatə edən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat məsuliyyəti zonasına 300 əsgər göndərəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə brifinqdə departamentin mətbuat katibi general Patrik Rayder bildirib.

"Mən Pentaqonun CENTCOM bölgəsinə əlavə 300 hərbçi yerləşdirmək qərarını elan edirəm", - Rayder qeyd edib.

O əlavə edib ki, qüvvələrin dəqiq yerlərini açıqlamaq niyyətində deyil, lakin onların İsrailə göndərilməyəcəyini vurğulayıb.