"Biz ümid edirik ki, Azərbaycanla Brüssel danışıqlarında səslənən 3 prinsip əsasında sülh müqaviləsi imzalamağa müvəffəq olacağıq".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri "Sputnik Armenia" Ermənistanın Baş naziri Nikol Paşinyanın Paris Sülh Forumunun panel müzakirələrindəki nitqindən sitat gətirib.

"Birinci prinsip Ermənistan və Azərbaycanın 29,8 min və 86,6 min kvadratmetr sərhədlər daxilində bir-birinin ərazi bütövlüyünü tanımasıdır.

İkinci prinsip sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri, bunun 1975-ci il Sovet xəritələri əsasında 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmasıdır.

Üçüncü prinsip isə regional kommunikasiyaların bu xətlərin keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasıdır", - Paşinyan bildirib.