"Ermənistan hərbi xərclərini iki dəfə artıracaq. Ölkənin müdafiə xərclərinin artırılması Azərbaycana qarşı yönəlməyib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.

“Bu, müharibəyə deyil, sülhə hazırlıqdır, çünki vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sülh və sabitliyin ən mühüm təminatıdır. Biz heç kimə hücum etmək niyyətində deyilik. Əminəm ki, bütün qonşu dövlətlər də bunu anlayışla qarşılayır. İstənilən suveren dövlətin öz ordusunu gücləndirmək hüququndan başqa, həm də öhdəliyi var”, - deyə o bildirib.

 

Gözəl  Həşimova