Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Amerika Universitetinin prezidenti Brus Poqosyanı qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin İnformasiya Xidməti məlumat yayıb.

Məlumata görə, baş nazir Poqosyanı universitetin prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Nikol Paşinyan Amerika Universitetinin Ermənistanda ali təhsil sahəsində rolunu vurğulayıb.

Brus Poqosyan Amerika Universitetində nəzərdə tutulan proqramlar və qarşıda duran təşəbbüslər barədə danışıb.

Həmçinin Ermənistan hökumətinin ali təhsil sahəsində islahatları ətrafında fikir mübadiləsi aparılıb.