"Mən yaxın aylarda Azərbaycanla sülh yolu ilə nizamlanmaya nail olmaq perspektivinə nikbin baxıram".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Wall Street Journal"a müsahibəsində deyib. 

Onun fikrincə, regionun gələcəyi bağlı sərhədlərin və ticarət yollarının, o cümlədən Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən tranzit nəqliyyatın açılması olmalıdır: "Təhlükəsizlik təkcə ordu vasitəsilə deyil, həm də regional sülh yolu ilə təmin edilməlidir".

Rusiya ilə tarixi əlaqələrə dair suala cavab olaraq Paşinyan bunun əvəzinə türk dövlətlərinin, Azərbaycan və Türkiyənin daha uzun tarixinə diqqət yetirməyə çağırıb: "Burada bütün suallara cavablar var. İlk növbədə regional əlaqələrimizi yaxşılaşdırmaq üzərində işləməliyik".