Roma Papası Fransisk Yaxın Şərqdə yeni atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə bazar günü xütbəsi zamanı bildirib.

"İsrail və Fələstində vəziyyət ciddidir, ağrılar hiss edirəm, çünki atəşkəs başa çatıb, bu, ölüm və dağıntı deməkdir. Bir neçə girov azad edilib, lakin bir çoxu hələ də girovluqdadır. Orada çoxlu əzab var, orada əsas problem qida qıtlığıdır. Ümid edirəm ki, bütün iştirak edən tərəflər ən qısa zamanda yeni atəşkəs razılaşmasına nail ola və döyüşməkdən başqa həll yolları tapa bilərlər", - deyə Fransisk çıxışında bildirib.