Katoliklərin Epifani bayramı günü Papa Fransisk xristianları birliyə və sülh üçün birgə dua etməyə çağırıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, Fransisk İranda 100-ə yaxın insanın ölümü ilə nəticələnən terror aktından sonra İran xalqına yaxınlığını və rəğbətini ifadə edib. 

“Kirmanda törədilən terror aktının çoxsaylı qurbanlarının qohumlarına, zərərçəkənlərin hamısına mənəvi yaxınlığımı bildirirəm”, - deyə o qeyd edib

Əli Ağayev