Ötən il Rusiyaya daimi yaşamaq üçün gedən Özbəkistan vətəndaşlarının sayı illik müqayisədə 1,9 dəfə artaraq 2,67 min nəfər olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistanın Statistika Agentliyinin hesabatında deyilir.

Xaricə daimi yaşamaq üçün ölkədən gedənlərin ümumi sayı 17,3 min nəfər olub.

Özbəkistana xaricdən daimi yaşamaq üçün gələnlərin sayı 28,3% artaraq 2,95 min nəfərə çatıb. Rusiyadan bu ölkəyə gələnlərin sayı isə 1,4 dəfə artaraq 1,175 min nəfər olub.

 

Gözəl Həşimova