“Rusiya ilə qaz müqaviləsi bağlansa belə, siyasi dəyişiklik olmayacaq. Müqavilə yalnız kommersiya müqavilələrindən biri olacaq”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Özbəkistanın baş nazirinin müavini və energetika naziri Jorabek Mirzamaxmudov deyib.

Nazir Rusiya, Qazaxıstan və Özbəkistan arasında üçtərəfli qaz ittifaqının bağlanması ilə bağlı xəbərə münasibət bildirib.

O, Moskva və Daşkəndin qaz tədarükü ilə bağlı danışıqlar apardığını təsdiqləyib, lakin bunun texniki müqavilə olduğunu açıqlayıb:

 “Biz heç vaxt qaz müqabilində siyasi şərtlərlə razılaşmayacağıq”

Məhəbbət Məmmədov