Qaraqalpaqıstanın (Özbəkistanın tərkibində olan respublika) paytaxtı Nukusda koronavirusa qarşı süd istehsalına başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Nukusda fəaliyyət göstərən "Panaev Farms" immun süd və süd məhsullarının istehsalına başlayıb. "SARS-CoV-2" adlı virusu zərərsizləşdirən süd məhsullarının artıq satışına başlanılıb.

Nəticələr göstərir ki, peyvənd edilmiş inək və keçilərin zərdabında ikinci dozadan iki həftə sonra zərərsizləşdirici anticisimlər əmələ gəlib.

 

Gözəl Həşimova