Ötən il istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

O bildirib ki, 2023-cü ildə 465 belə hadisə qeydə alınıb: "İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb".

Nazir müavini qeyd edib ki, əmək münasibətlərinin pozulmasına görə, 1776 inzibati cərimə tətbiq olunub, cərimələrin ümumi məbləği 3 milyon 820 min manat təşkil edib. O bildirib ki, 1 milyon 780 min manat məbləğində cərimə ödənilib.