Ölkəmizdə 2022-ci ildə 53 yeni təhsil müəssisəsi istifadəyə verilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 23-ü yeni məktəb, 30-u isə modul tipli məktəbdir.

Həmçinin 682 məktəb cari, 87 məktəb isə əsaslı təmir olunub.