Ötən il 15772 cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq ittiham aktı ilə birgə məhkəmələrə göndərilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev deyib.

Baş Prokuror bildirib ki, həmin cinayət işlərinin 5.8 faizi prokurorluq orqanları, 89.7 faizi daxili işlər orqanları 4.5 faizi isə digər istintaq qrupları tərəfindən istintaq olunub.