Azad olunan ərazilərdə iyunun 1-7-də 107 tank əleyhinə mina, 28 piyada əleyhinə mina, 830 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən 1039.5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.