Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, iyulun 31-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Eyni zamanda axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 89 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.