ABŞ müdafiə naziri Lloyd Ostin və onun ukraynalı həmkarı Rustem Umerov Vaşinqtonun Kiyevə hərbi dəstək verməsi perspektivlərini müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edildiyi kimi, Ostin və Umerov telefon danışığı zamanı döyüş meydanında baş verən son hadisələrə toxunublar.

Bundan əlavə, Amerika və Ukrayna müdafiə nazirliklərinin rəhbərləri Ukraynanın əlavə artilleriya, hava hücumundan müdafiə və digər silahlara olan ehtiyaclarını, o cümlədən silahlanma sahəsində əlavə maliyyənin tezliklə ABŞ Konqresi tərəfindən təsdiqlənməsi ehtiyacını müzakirə ediblər.