"ABŞ və NATO-ya Ukraynadakı münaqişənin Rusiya ilə böyük toqquşmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişəm, lakin indiyədək xəbərdarlığa məhəl qoymayıblar".

İqtisadiyyat.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

"Hər hansı bir Qərb ölkəsi Ukraynaya qoşun yeridərsə, bu, Qərblə Rusiya arasında birbaşa müharibə demək olardı. Və biz dərhal Üçüncü Dünya Müharibəsinin içində olacağıq. İndi çox təhlükəli məqamdır", - o deyib.

“Sadə vətəndaşlar da bilirlər ki, biz çox təhlükəli bir zamanda yaşayırıq, Üçüncü Dünya Müharibəsi qapımızı döyməkdədir. Odur ki, biz çox, çox diqqətli olmalıyıq. Bu, mənim Amerikaya, eləcə də NATO-ya mesajımdır: Ehtiyatlı olun”, - Orban vurğulayıb.