"OPEC+" sazişində iştirak edən OPEC ölkələri (İran, Liviya və Venesuela istisna olmaqla) ötən ay neft hasilatını gündəlik 91 min barel artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Məlumata görə, OPEC ölkələri oktyabr ayında neft hasilatını gündəlik 22,891 milyon barelə çatdırıb.

Razılaşmanın bir hissəsi olaraq, "OPEC+"a daxil olan 10 OPEC ölkəsi 2022-ci ilin oktyabr ayından hasilatı gündəlik 25,416 milyon barelə qədər azaltmalı idi. Oktyabrda bu ölkələrin hasilat həcmi isə gündəlik 22,891 milyon barel təşkil edib.

 

Gözəl Həşimova