"OPEC+" nazirlərinin Monitorinq Komitəsi iyunun 4-də keçirilən iclasda əldə olunan hasilatın 2024-cü ilin sonuna qədər azaldılması ilə bağlı sazişin şərtlərini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in saytında yerləşdirilən yekun kommünikedə deyilir.

Məlumata görə, monitorinq alyansın iyun ayında qəbul etdiyi qərarları təsdiqləyib.

Qeyd edək ki, nazirlərin növbəti monitorinq iclası noyabrın 26-na təyin edilib.

 

Gözəl Həşimova