Neft bazarındakı vəziyyəti təhlil etmək üçün "OPEC+" sazişində iştirak edən ölkələrin nazirlərinin Monitorinq Komitəsi bu gün toplanacaq.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, görüş videokonfrans formatında keçiriləcək.

Məlumata görə, bu dəfə yalnız "OPEC+" monitorinq komitəsinin iclası olacaq. İclasda adətən neft bazarındakı mövcud vəziyyət qiymətləndirilir və alyansın neft hasilatı siyasəti ilə bağlı tövsiyələr müəyyən edilir.

Bununla belə, komitə zərurət yaranarsa, istənilən vaxt "OPEC+"un yeni iclasını keçirə bilər. Nazirlərin monitorinq iclası iki aydan bir keçirilir.

 

Gözəl Həşimova