Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu gündəlik 100 min barel artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Hesabata görə, bu il qlobal neft tələbi gündəlik 2,5 milyon barel artaraq 102,1 milyon barelə çatacaq. OPEC üç ay ərzində tələbin gündəlik 2,4 milyon barel artacağını proqnoz edib.

Qurum, həmçinin 2024-cü ildə neft tələbinin gündəlik 2,2 milyon barel artaraq 104,3 milyon barelə yüksələcəyini proqnozlaşdırır. Bildirilib ki, qlobal iqtisadiyyatda sabit artım və Çin iqtisadiyyatında davamlı yaxşılaşma neftə tələbatın artmasına töhfə verəcək.

 

Gözəl Həşimova