Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında deyilir.

Hesabata görə, bu il ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olacaq. Bu da əvvəlki proqnozla müqayisədə 10 min barel azdır. Buna səbəb avqust ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olmasıdır.

Qurumun proqnozlarına görə, gələn il Azərbaycanda maye karbohidrogenlərin hasilatı gündəlik 700 min barel səviyyəsində olacaq. Bu da OPEC-in əvvəlki proqnozu ilə eynidir.

 

Gözəl Həşimova