Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 22 milyard 916 milyon kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 12,2 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% çox, dəyəri isə 2,3 milyard dollar azdır.

Əlavə edək ki, Azərbaycanın ümumi ixracında təbii qazın payı 41,82 % olub.

 

Gözəl Həşimova