Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 81,1 min ton neft koksu ixrac edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 19,2% azdır.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 6,6 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə isə 81,4% azdır.

 

Gözəl Həşimova