Azərbaycandan bu ilin yanvar-iyul aylarında 8 milyon dollar dəyərində 6,2 min ton nar ixrac edilib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə nar ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 4 dəfə, dəyər baxımından isə 3,3 dəfə və ya 5,6 milyon dollar çoxdur.

 

Gözəl Həşimova